Arabic
بِسمِ اللَّهِ
الرَّحمٰنِ الرَّحيمِ
ق ۚ وَالقُرءانِ المَجيدِ ﴿١﴾ بَل عَجِبوا أَن جاءَهُم مُنذِرٌ مِنهُم فَقالَ الكٰفِرونَ
هٰذا شَيءٌ عَجيبٌ ﴿٢﴾ أَءِذا
مِتنا وَكُنّا تُرابًا ۖ ذٰلِكَ رَجعٌ بَعيدٌ ﴿٣﴾ قَد عَلِمنا ما تَنقُصُ الأَرضُ مِنهُم ۖ وَعِندَنا كِتٰبٌ
حَفيظٌ ﴿٤﴾ بَل كَذَّبوا
بِالحَقِّ لَمّا جاءَهُم فَهُم فى أَمرٍ مَريجٍ﴿٥﴾ أَفَلَم يَنظُروا إِلَى السَّماءِ فَوقَهُم كَيفَ بَنَينٰها
وَزَيَّنّٰها وَما لَها مِن فُروجٍ ﴿٦﴾ وَالأَرضَ مَدَدنٰها وَأَلقَينا فيها رَوٰسِىَ وَأَنبَتنا فيها
مِن كُلِّ زَوجٍ بَهيجٍ ﴿٧﴾ تَبصِرَةً
وَذِكرىٰ لِكُلِّ عَبدٍ مُنيبٍ ﴿٨﴾ وَنَزَّلنا
مِنَ السَّماءِ ماءً مُبٰرَكًا فَأَنبَتنا بِهِ جَنّٰتٍ وَحَبَّ الحَصيدِ ﴿٩﴾ وَالنَّخلَ باسِقٰتٍ لَها طَلعٌ نَضيدٌ ﴿١٠﴾ رِزقًا لِلعِبادِ ۖ وَأَحيَينا بِهِ بَلدَةً مَيتًا ۚ كَذٰلِكَ
الخُروجُ ﴿١١﴾ كَذَّبَت قَبلَهُم
قَومُ نوحٍ وَأَصحٰبُ الرَّسِّ وَثَمودُ ﴿١٢﴾ وَعادٌ وَفِرعَونُ وَإِخوٰنُ لوطٍ ﴿١٣﴾ وَأَصحٰبُ الأَيكَةِ وَقَومُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ
الرُّسُلَ فَحَقَّ وَعيدِ ﴿١٤﴾ أَفَعَيينا
بِالخَلقِ الأَوَّلِ ۚ بَل هُم فى لَبسٍ مِن خَلقٍ جَديدٍ ﴿١٥﴾ وَلَقَد خَلَقنَا الإِنسٰنَ وَنَعلَمُ ما تُوَسوِسُ بِهِ
نَفسُهُ ۖ وَنَحنُ أَقرَبُ إِلَيهِ مِن حَبلِ الوَريدِ ﴿١٦﴾ إِذ يَتَلَقَّى المُتَلَقِّيانِ عَنِ اليَمينِ وَعَنِ
الشِّمالِ قَعيدٌ ﴿١٧﴾ ما
يَلفِظُ مِن قَولٍ إِلّا لَدَيهِ رَقيبٌ عَتيدٌ ﴿١٨﴾ وَجاءَت سَكرَةُ المَوتِ بِالحَقِّ ۖ ذٰلِكَ ما كُنتَ مِنهُ
تَحيدُ ﴿١٩﴾ وَنُفِخَ فِى
الصّورِ ۚ ذٰلِكَ يَومُ الوَعيدِ ﴿٢٠﴾ وَجاءَت
كُلُّ نَفسٍ مَعَها سائِقٌ وَشَهيدٌ﴿٢١﴾ لَقَد
كُنتَ فى غَفلَةٍ مِن هٰذا فَكَشَفنا عَنكَ غِطاءَكَ فَبَصَرُكَ اليَومَ حَديدٌ ﴿٢٢﴾ وَقالَ قَرينُهُ هٰذا ما لَدَىَّ عَتيدٌ﴿٢٣﴾ أَلقِيا فى جَهَنَّمَ كُلَّ كَفّارٍ عَنيدٍ ﴿٢٤﴾ مَنّاعٍ لِلخَيرِ مُعتَدٍ مُريبٍ ﴿٢٥﴾ الَّذى جَعَلَ مَعَ اللَّهِ إِلٰهًا ءاخَرَ فَأَلقِياهُ فِى
العَذابِ الشَّديدِ ﴿٢٦﴾ قالَ
قَرينُهُ رَبَّنا ما أَطغَيتُهُ وَلٰكِن كانَ فى ضَلٰلٍ بَعيدٍ ﴿٢٧﴾ قالَ لا تَختَصِموا لَدَىَّ وَقَد قَدَّمتُ إِلَيكُم
بِالوَعيدِ ﴿٢٨﴾ ما يُبَدَّلُ
القَولُ لَدَىَّ وَما أَنا۠ بِظَلّٰمٍ لِلعَبيدِ﴿٢٩﴾ يَومَ نَقولُ لِجَهَنَّمَ هَلِ امتَلَأتِ وَتَقولُ هَل مِن
مَزيدٍ﴿٣٠﴾ وَأُزلِفَتِ
الجَنَّةُ لِلمُتَّقينَ غَيرَ بَعيدٍ ﴿٣١﴾ هٰذا ما توعَدونَ لِكُلِّ أَوّابٍ حَفيظٍ ﴿٣٢﴾ مَن خَشِىَ الرَّحمٰنَ بِالغَيبِ وَجاءَ بِقَلبٍ مُنيبٍ ﴿٣٣﴾ ادخُلوها بِسَلٰمٍ ۖ ذٰلِكَ يَومُ الخُلودِ﴿٣٤﴾ لَهُم ما يَشاءونَ فيها وَلَدَينا مَزيدٌ ﴿٣٥﴾ وَكَم أَهلَكنا قَبلَهُم مِن قَرنٍ هُم أَشَدُّ مِنهُم بَطشًا
فَنَقَّبوا فِى البِلٰدِ هَل مِن مَحيصٍ﴿٣٦﴾ إِنَّ
فى ذٰلِكَ لَذِكرىٰ لِمَن كانَ لَهُ قَلبٌ أَو أَلقَى السَّمعَ وَهُوَ شَهيدٌ ﴿٣٧﴾ وَلَقَد خَلَقنَا السَّمٰوٰتِ وَالأَرضَ وَما بَينَهُما فى
سِتَّةِ أَيّامٍ وَما مَسَّنا مِن لُغوبٍ ﴿٣٨﴾ فَاصبِر عَلىٰ ما يَقولونَ وَسَبِّح بِحَمدِ رَبِّكَ قَبلَ
طُلوعِ الشَّمسِ وَقَبلَ الغُروبِ ﴿٣٩﴾ وَمِنَ
الَّيلِ فَسَبِّحهُ وَأَدبٰرَ السُّجودِ ﴿٤٠﴾ وَاستَمِع يَومَ يُنادِ المُنادِ مِن مَكانٍ قَريبٍ ﴿٤١﴾ يَومَ يَسمَعونَ الصَّيحَةَ بِالحَقِّ ۚ ذٰلِكَ يَومُ الخُروجِ﴿٤٢﴾ إِنّا نَحنُ نُحيۦ وَنُميتُ وَإِلَينَا المَصيرُ ﴿٤٣﴾ يَومَ تَشَقَّقُ الأَرضُ عَنهُم سِراعًا ۚ ذٰلِكَ حَشرٌ
عَلَينا يَسيرٌ ﴿٤٤﴾نَحنُ أَعلَمُ بِما
يَقولونَ ۖ وَما أَنتَ عَلَيهِم بِجَبّارٍ ۖ فَذَكِّر بِالقُرءانِ مَن يَخافُ
وَعيدِ ﴿٤٥﴾
****
********
**************
Azerbijani
Mərhəmətli, rəhmli Allahın adı ilə!
(1) Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and
olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!(2) Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir!
(İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!) (3) Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən
diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!” (4) Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların
tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən
bir Kitab (lövhi-məhfuz) vardır! (5) Lakin onlara
haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış)
içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər). (6) Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə
yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını
görmürlərmi?! (7) Eləcə də yeri necə döşədiyimizi
(hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür
gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!(8) (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə
üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. (9) Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və
(arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. (10) Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə
düzülmüş, hündür xurma ağacları (bitirdik) – (11) Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir
məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (12) Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss
əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi.(13) Ad (qövmü),
Fir’on (əhli), Lut qardaşları; (14) Əykə əhli və
Tübbə’ qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara
və’d etdiyim (əzab) gerçəkləşdi. (15)Məgər Biz ilk yaradılışdan
acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz
qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə
içindədirlər! (16) And olsun ki, insanı Biz yaratdıq və
nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da
yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər,
duyğular belə Allaha mə’lumdur!) (17) Xatırla ki,
(insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan)
iki mələk oturmuşdur! (18) Dediyi hər sözü (yazmaq üçün) onun
yanında hazır durub gözləyən (iki mələk) vardır! (19) Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!)
Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin)
şeydir! (20) (Öləndən sonra yenidən dirilmək üçün)
sur çalınacaqdır. Bu və’d olunmuş gündür (əzab günüdür)! (21) Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb
məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir. (22) (Ona belə deyiləcəkdir: ) “Sən (dünyada) bundan (bu müdhiş
günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu
gün sərrast görürsən!” (23) Yoldaşı (ona təhkim olunmuş mələk)
deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!” (24) (Allah o iki mələyə buyuracaqdır: ) “Atın Cəhənnəmə hər
bir inadcıl kafiri; (25) Xeyrə mane olanı, (zülm etməklə, günah
törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! (26) O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul
etdi. Atın onu şiddətli əzabın içinə!” (27) Yoldaşı (Şeytan
və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq
yoldan çox azmışdı!” (28) (Allah) buyuracaqdır: “Mənim hüzurumda
mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı
bildirmişdim.(29) Mənim hüzurumda söz güləşdirməyin. Mən
bəndələrə (əbəs yerə) zülm edən deyiləm!”(30) O gün Biz
Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab
verəcəkdir. (31) Cənnət də müttəqilər üçün yaxın bir yerə
gətiriləcəkdir. (32) (Onlara deyiləcəkdir: ) “Bu, və’d
olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini
haramdan, özünü günahdan) qoruyan; (33) Rəhmandan (Onu)
görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə
üçündür! (34) Ora sağlıqla (əmin-amanlıqla) daxil
olun. Bu, əbədiyyət günüdür!” (35) Orada onlar üçün
istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö’minlərin təsəvvür
edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur! (36) Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha
qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) “Görəsən, (ölümdən qaçıb)
can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar. (37) Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə
edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə
üçün öyüd-nəsihət vardır!(38) And olsun ki, Biz göyləri, yeri və
onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz
vermədi. (39) (Ya Peyğəmbər!) Artıq onların
dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl
Rəbbini təqdis edib şə’ninə təriflər de! (40)Gecənin bir vaxtında
və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)! (41) (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün
(deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş
sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış
saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” –
deyəcək və suru ikinci dəfə üfürəcəkdir). (42) O gün (bütün
yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün
(qəbirlərdən) çıxma günüdür! (43) Şübhəsiz ki,
dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır! (44) O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə
(torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir
(Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür). (45) Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya
Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən
Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver!
****
********
**************
ليست هناك تعليقات:
إرسال تعليق