السبت، 7 مارس 2015

55 - Surat Ar-Rahman, Medinan, 78 verses 55- سورة الرحمن, مدنية, 78 آية - مع الترجمة باللغة الاذريبجانيه Language (Arabic and Azerbijani)


55 - Surat Ar-Rahman, Medinan, 78 verses
55- سورة الرحمن, مدنية, 78 آية

Arabic

بِسمِ اللَّهِ الرَّحمٰنِ الرَّحيمِ
الرَّحمٰنُ ﴿١﴾ عَلَّمَ القُرءانَ ﴿٢﴾ خَلَقَ الإِنسٰنَ ﴿٣﴾ عَلَّمَهُ البَيانَ ﴿٤﴾ الشَّمسُ وَالقَمَرُ بِحُسبانٍ ﴿٥﴾ وَالنَّجمُ وَالشَّجَرُ يَسجُدانِ ﴿٦﴾ وَالسَّماءَ رَفَعَها وَوَضَعَ الميزانَ ﴿٧﴾ أَلّا تَطغَوا فِى الميزانِ ﴿٨﴾ وَأَقيمُوا الوَزنَ بِالقِسطِ وَلا تُخسِرُوا الميزانَ﴿٩﴾ وَالأَرضَ وَضَعَها لِلأَنامِ ﴿١٠﴾ فيها فٰكِهَةٌ وَالنَّخلُ ذاتُ الأَكمامِ ﴿١١﴾ وَالحَبُّ ذُو العَصفِ وَالرَّيحانُ ﴿١٢﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿١٣﴾ خَلَقَ الإِنسٰنَ مِن صَلصٰلٍ كَالفَخّارِ﴿١٤﴾ وَخَلَقَ الجانَّ مِن مارِجٍ مِن نارٍ ﴿١٥﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿١٦﴾ رَبُّ المَشرِقَينِ وَرَبُّ المَغرِبَينِ ﴿١٧﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿١٨﴾ مَرَجَ البَحرَينِ يَلتَقِيانِ ﴿١٩﴾بَينَهُما بَرزَخٌ لا يَبغِيانِ ﴿٢٠﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٢١﴾ يَخرُجُ مِنهُمَا اللُّؤلُؤُ وَالمَرجانُ ﴿٢٢﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٢٣﴾ وَلَهُ الجَوارِ المُنشَـٔاتُ فِى البَحرِ كَالأَعلٰمِ ﴿٢٤﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٢٥﴾ كُلُّ مَن عَلَيها فانٍ ﴿٢٦﴾ وَيَبقىٰ وَجهُ رَبِّكَ ذُو الجَلٰلِ وَالإِكرامِ ﴿٢٧﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٢٨﴾ يَسـَٔلُهُ مَن فِى السَّمٰوٰتِ وَالأَرضِ ۚ كُلَّ يَومٍ هُوَ فى شَأنٍ ﴿٢٩﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٣٠﴾ سَنَفرُغُ لَكُم أَيُّهَ الثَّقَلانِ ﴿٣١﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٣٢﴾ يٰمَعشَرَ الجِنِّ وَالإِنسِ إِنِ استَطَعتُم أَن تَنفُذوا مِن أَقطارِ السَّمٰوٰتِ وَالأَرضِ فَانفُذوا ۚ لا تَنفُذونَ إِلّا بِسُلطٰنٍ ﴿٣٣﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ﴿٣٤﴾ يُرسَلُ عَلَيكُما شُواظٌ مِن نارٍ وَنُحاسٌ فَلا تَنتَصِرانِ ﴿٣٥﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٣٦﴾ فَإِذَا انشَقَّتِ السَّماءُ فَكانَت وَردَةً كَالدِّهانِ ﴿٣٧﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٣٨﴾ فَيَومَئِذٍ لا يُسـَٔلُ عَن ذَنبِهِ إِنسٌ وَلا جانٌّ ﴿٣٩﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٤٠﴾ يُعرَفُ المُجرِمونَ بِسيمٰهُم فَيُؤخَذُ بِالنَّوٰصى وَالأَقدامِ ﴿٤١﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٤٢﴾ هٰذِهِ جَهَنَّمُ الَّتى يُكَذِّبُ بِهَا المُجرِمونَ﴿٤٣﴾ يَطوفونَ بَينَها وَبَينَ حَميمٍ ءانٍ ﴿٤٤﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٤٥﴾ وَلِمَن خافَ مَقامَ رَبِّهِ جَنَّتانِ ﴿٤٦﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٤٧﴾ ذَواتا أَفنانٍ ﴿٤٨﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٤٩﴾ فيهِما عَينانِ تَجرِيانِ ﴿٥٠﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٥١﴾ فيهِما مِن كُلِّ  فٰكِهَةٍ زَوجانِ ﴿٥٢﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٥٣﴾ مُتَّكِـٔينَ عَلىٰ فُرُشٍ بَطائِنُها مِن إِستَبرَقٍ ۚ وَجَنَى الجَنَّتَينِ دانٍ ﴿٥٤﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ﴿٥٥﴾  فيهِنَّ قٰصِرٰتُ الطَّرفِ لَم يَطمِثهُنَّ إِنسٌ قَبلَهُم وَلا جانٌّ ﴿٥٦﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٥٧﴾ كَأَنَّهُنَّ الياقوتُ وَالمَرجانُ ﴿٥٨﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٥٩﴾ هَل جَزاءُ الإِحسٰنِ إِلَّا الإِحسٰنُ ﴿٦٠﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٦١﴾ وَمِن دونِهِما جَنَّتانِ ﴿٦٢﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٦٣﴾ مُدهامَّتانِ ﴿٦٤﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٦٥﴾ فيهِما عَينانِ نَضّاخَتانِ ﴿٦٦﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٦٧﴾ فيهِما فٰكِهَةٌ وَنَخلٌ وَرُمّانٌ ﴿٦٨﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ﴿٦٩﴾ فيهِنَّ خَيرٰتٌ حِسانٌ ﴿٧٠﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ﴿٧١﴾ حورٌ مَقصورٰتٌ فِى الخِيامِ ﴿٧٢﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٧٣﴾ لَم يَطمِثهُنَّ إِنسٌ قَبلَهُم وَلا جانٌّ ﴿٧٤﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٧٥﴾ مُتَّكِـٔينَ عَلىٰ رَفرَفٍ خُضرٍ وَعَبقَرِىٍّ حِسانٍ ﴿٧٦﴾ فَبِأَىِّ ءالاءِ رَبِّكُما تُكَذِّبانِ ﴿٧٧﴾ تَبٰرَكَ اسمُ رَبِّكَ ذِى الجَلٰلِ وَالإِكرامِ ﴿٧٨﴾

Azerbijani

Mərhəmətli, rəhmli Allahın adı ilə!
(1) Rəhman! (Mərhəmətli olan Allah!) (2) (Öz peyğəmbərinə) Qur’anı öyrətdi. (3) İnsanı yaratdı. (4) Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi. (5) Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər). (6) Otlar da, ağaclar da (Allaha) səcdə edər! (7) Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! (8) Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz). (9) Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)(10) Yeri də (bütün) məxluqat üçün O döşədi. (11) Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları; (12) (Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır. (13) (Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (14) İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. (15) (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. (16) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (17) İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur. (18) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (19)(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). (20)Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). (21) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (22) Onlardan (o iki dənizdən) inci və mərcan çıxar. (23) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (24) Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur. (25) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (26) (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).(27) Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (28) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (29) Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz). (30) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (31) Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik). (32)Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (33) Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) (34) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (35) (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. (36) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (37) (Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!(38) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (39) O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!) (40) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (41) Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir). (42) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (43) (Onlara belə deyiləcəkdir: ) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!” (44) Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar. (45) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (46) Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir! (47) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (48) (O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir). (49) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (50) Orada (o cənnətlərdə) iki axar bulaq vardır. (51) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (52) Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər). (53) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (54) Onlar (mö’minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö’minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər). (55) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (56)Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. (57) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (58) Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar. (59) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (60) Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!(61) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (62) Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və Mə’va cənnətləri) vardır. (63) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (64) (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır). (65) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (66) Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır. (67) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (68) Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır. (69) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (70) Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. (71) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (72) Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır. (73) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (74) Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır. (75) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (76) Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar. (77) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (78) (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!






ليست هناك تعليقات:

إرسال تعليق